Romadakı Kolizey genişmiqyaslı restavrasiya və bərpa layihəsindən sonra yenilənmiş görünüşdə ziyarətçilərin istifadəsinə verilib.
"Euronews"un xəbərinə görə, layihə çərçivəsində əsrlər boyu torpaq altında qalan giriş sütunlarının yerləri və qədim detallar üzə çıxarılıb.
Yeni traverten mərmər sahə abidənin orijinal ölçülərini və strukturunu daha aydın göstərir.
Bərpa işləri həm də su drenaj sisteminin təkmilləşdirilməsinə imkan yaradıb.
Qeyd edək ki, yenilənmiş Kolizey ziyarətçilərə qədim Roma həyatını daha real şəkildə hiss etməyə şərait yaradır.