Kökdən yarpağacan titrəyən ağac - Nobel mükafatçısının şeiri

Kökdən yarpağacan titrəyən ağac - Nobel mükafatçısının şeiri
8 dekabr 2023
# 14:40

Bu gün Nobel mükafatı laureatı norveç şair Byörnstyerne Byörnsonun doğum günüdür.

Kulis.az onun "Ağac" şeirini təqdim edir.

Ağacın yarpağı yaşıllaşırdı,
Baharın nəfəsiylə.
“Əlindən alım?” – dedi,
Şaxta soyuq səsiylə.
Kökdən yarpağacan titrəyən ağac,
”Dəymə,” – dedi, birtəhər,
“Pöhrələrə əl vurma,
Çiçəkləyənə qədər.”

Ağacın çiçəyi tumurcuqladı,
Quşlar nəğmə dedi buna sevincək.
“Əlindən alım?” – dedi,
Qəfil sərsəri külək.
Ağac “Dəymə,” söyləyib,
Titrədi yarpaq-yarpaq.
“Gəl, dəymə tumurcuğa,
Hələ çiçək açacaq.

Yazın ortasında bar verdi ağac.
Bir uşaq soruşdu: “Yığa bilərəm,
Sənin bəhərini, gözəlim ağac?”
Əydi budağını, “Əlbəttə,” – dedi,
“hər şey səninçündür, qollarını aç.”

Tərcümə: Qismət

# 951 dəfə oxunub

Müəllifin son yazıları

# # #