Klassik kino irsinə həsr olunmuş festival keçirilir

Klassik kino irsinə həsr olunmuş festival keçirilir
12 oktyabr 2026
# 10:40

Fransanın Lion şəhərində klassik kino irsinə həsr olunmuş 18-ci "Lumiere" Film Festivalının açılışı baş tutub.

Kulis.az xəbər verir ki, oktyabrın 18-dək davam edəcək festival çərçivəsində 50-yə yaxın zalda 450-yə yaxın seans təqdim olunacaq.

Bu ilki festivalın fəxri qonaqları amerikalı kinorejissorlar Coel və Etan Koen qardaşlarıdır.

"Lumiere" mükafatı oktyabrın 16-da rejissorlara təqdim olunacaq.

Festivalın xüsusi qonaqları arasında çinli aktrisa Çan Zıyı də var.

O, bərpa olunmuş "Tigre et Dragon" ("Oturan pələng, gizlənən əjdaha") filmini təqdim edəcək.

Qeyd edək ki, festival proqramında, həmçinin Fritz Lanqın "Metropolis" ("Metropolis") səssiz filminin simfonik orkestrin müşayiəti ilə xüsusi nümayişi nəzərdə tutulub.

# 119 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər