Məşhur türkiyəli aktyor Kıvanç Tatlıtuğun növbəti dəfə koronavirusa yoluxduğu məlum olub.
Kulis.az xəbər verir ki, sənətçi dərhal müalicəyə başlayıb.
Tatlıtuğ həyat yoldaşı Başak Dizer və körpəsi Kurt Efeyi də koronavirusa yoluxdurmamaq üçün özünü otaqda təcrid edib.
Üç gün sonra test verən aktyorun testinin nəticəsi məınfi çıxıb.
Qeyd edək ki, sənətçi sabahdan "Aile" serialının çəkilişində iştirak edəcək.