Kitabxananın 45 illiyi ilə əlaqədar informasiya lövhəsi hazırlandı

Kitabxananın 45 illiyi ilə əlaqədar informasiya lövhəsi hazırlandı
24 iyun 2024
# 13:30

Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının 45 illiyi ilə əlaqədar informasiya lövhəsi hazırlanıb.

Kulis.az xəbər verir ki, informasiya lövhəsində Azərbaycanın tarixi, mədəniyyəti, ictimai-siyasi həyatı, ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda şücaət göstərmiş qəhrəman oğulları haqqında tədbirlər, ədəbi axşamlar, vətəndaşlıq və vətənpərvərlik saatları, poeziya günləri, yaradıcılıq gecələri, söhbətlər, icmallar haqqında qısa məlumat verilir.

Həmçinin “Şəhidlər ölməz, Vətən bölünməz”, “Qəhrəmanlar unudulmur”, “Milli Qəhrəmanlarımızı tanıyaq”, “Nağıllar aləminə səyahət”, “Yaradıcı oxucularımız”, “Yubileylər silsiləsi”, “Kitabxanaya kitab hədiyyə edirik”, “Kitabxananın Beynəlxalq əlaqələri”, “Kitabsevər uşaqlar”, “Tarix yazan igid veteran və qazilərimiz”, “Azad olmuş şəhərlərimiz”, “Təbiətə valeh olanlar”, “Mədəniyyətimizin incisi – Şuşa” kimi davamlı sosial layihələr haqqında məlumat təqdim edilir.

# 388 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #