Kitabxanalarda məktəblilər üçün “mütaliə saatı” təşkil edildi

Kitabxanalarda məktəblilər üçün “mütaliə saatı”  təşkil edildi
22 avqust 2024
# 17:30

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən kitabxanalarda məktəblilərin yay tətilinin səmərəli təşkili və uşaqlarda mütaliə vərdişlərinin inkişaf etdirilməsi məqsədilə müxtəlif maarifləndirici tədbir və aksiyalar keçirilir.

Kulis.az xəbər verir ki, Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) 2 nömrəli kitabxana filialında “mütaliə saatı” təşkil olunub. Bildirilib ki, insanın kamilləşməsində, dünyagörüşünün formalaşmasında və bilik dairəsinin genişlənməsində mütaliə çox böyük əhəmiyyət kəsb edir.

Kitabxananın əməkdaşları uşaqlara Gülzar İbrahimovanın “Qoğal” (Norveç qoğalı), “Trolların sirri”, Yuliya Kərimovanın “Kirpimin yolu”, Ramiz Rövşənin “Gəl dost olaq, qurbağa” və s. nağıllarını oxuyublar.

Tədbirdə oxunan kitablar haqqında ətraflı məlumat verilib və oxucuların sualları cavablandırılıb.

Baş idarənin tabeliyindəki Xəzər rayon MKS-nin 1 nömrəli kitabxana filialında da “mütaliə saatı” keçirilib.

Tədbirdə mütaliənin əhəmiyyətindən, kitabxanaların oxucularla daha sıx ünsiyyət qurmasının vacibliyindən bəhs edilib. Uşaqlara kitabxana fondundan bir-birindən maraqlı kitablar təqdim olunub və hekayələr seçilərək səsləndirilib.

Uşaqlar oxuduqları kitablar haqqında təəssüratlarını bölüşüb, şeirlər söyləyib mahnılar ifa ediblər.

# 457 dəfə oxunub

Müəllifin son yazıları

# # #