Kitablarını elekton qələmlə imzaladığı üçün üzr istədi

Kitablarını elekton qələmlə imzaladığı üçün üzr istədi
29 noyabr 2022
# 14:00

Əfsanəvi amerikalı musiqiçi Bob Dilan kitabını yaş imza əvəzinə avtomatik qələm maşını ilə imzaladığı üçün üzr istəyib.

Kulis.az xəbər verir ki, “End of the Line”, “Handle with Care” və “Like A Rolling Stone” kimi hitləri ilə tanınan əfsanəvi müğənni Bob Dilan pərəstişkarlarından üzr istəyib. Müğənni cəmi 900 ədəd satılan kitabda etdiyi bu səhvi düzəldəcəyini bildirib:

"Bu illər ərzində hər bir sənət əsərinə əllə imza atmışam və heç vaxt problem olmayıb. Maşından istifadə etmək səhv qərar idi və mən onu dərhal düzəltmək istəyirəm".

Dilan epidemiya karantin səbəbinə görə bunun mümkün olmadığını vurğulayıb.

Qeyd edək ki, Dilanın 2004-cü ildən sonra nəşr olunan ilk kitabı olan “Müasir Mahnının Fəlsəfəsi”nin normal satış qiyməti 45 dollar, imzalı versiyası isə 599 dollar olub.

# 1194 dəfə oxunub

Müəllifin son yazıları

# # #