#

"Kitabi Dədə Qorqud və qeyri-səlis məntiq" kitabı təqdim olunacaq

"Kitabi Dədə Qorqud və qeyri-səlis məntiq"  kitabı təqdim olunacaq
1 oktyabr 2024
# 17:33

Xalq yazıçısı Kamal Abdulla və professor Rafiq Əliyevin "Kitabi Dədə Qorqud və qeyri səlis məntiq" kitabı 10-cu Bakı Beynəlxalq Kitab Sərgisində təqdim olunacaq.

Kulis.az xəbər verir ki, təqdimat 2 oktyabr saat 14:00-da TEAS Press nəşriyyat evinin "Yaşıl zona"sında baş tutacaq.

Qeyd edək ki, Lütfi Zadənin məntiq nəzəriyyəsindən bəhrələnərək ərsəyə gələn “Kitabi-Dədə Qorqud” və qeyri-səlis məntiq” kitabı qorqudşünaslar, informasiya nəzəriyyəçiləri və məntiqçilər üçün eyni dərəcədə maraqlıdır. Öz unikallığı və aktuallığı ilə seçilən kitab həm qədim miflərin, həm də müasir ədəbiyyatın strukturunu öyrənmək baxımından mühüm əhəmiyyət kəsb edir.

# 100 dəfə oxunub

Müəllifin son yazıları

# # #