“Kitab yazmışam, görəsən, harda çap etdirim?” sualı havada qalmayacaq” – Yeni nəşriyyat yaradıldı

“Kitab yazmışam, görəsən, harda çap etdirim?” sualı havada qalmayacaq” – Yeni nəşriyyat yaradıldı
14 oktyabr 2024
# 12:44

Azərbaycanda “Park” adlı yeni nəşriyyat yaradılır.

Kulis.az xəbər verir ki, bu barədə nəşriyyatın təsisçisi, şair Şəhriyar del Gerani öz sosial hesabında paylaşım edib.

Paylaşımda deyilir: “Nəhayət, Azərbaycan müəlliflərinin arzusunda olduqları bir nəşriyyat evinin təməlini qoyduq. Bu loqonun mahiyyətini, mənasını və iddiasını gələn ay təqdim edəcəyimiz kitablardan görəcəksiniz. Bütün oxucuları, qələm dostlarımızı və əlbəttə, naşir həmkarlarımızı təbrik edirəm. Bu təbrikdə daha çox yaradıcı adamların payı var. Səbəb? Daha “Kitab yazmışam, görəsən, harda çap etdirim?” sualı havada qalmayacaq. Artıq bu sualın ünvanı sizin PARKdır. Sifarişlərinizi mənə yaza bilərsiniz”.

# 169 dəfə oxunub

Müəllifin son yazıları

# # #