Kinorejissor Şamil Mahmudbəyov haqqında sənədli film çəkiləcək

Kinorejissor Şamil Mahmudbəyov haqqında sənədli film çəkiləcək
11 yanvar 2024
# 10:13

Kinorejissor, Əməkdar incəsənət xadimi Şamil Mahmudbəyovun 100 illiyi münasibətilə onun həyat və yaradıcılığını əks etdirən sənədli film çəkiləcək.

Kulis.az xəbər verir ki, filmin ssenari müəllifi Tahir Tahiroviç, rejissoru Aydan Əhmədova, operatoru Rafiq Əliyev, prodüseri Əli İsa Cabbarovdur.

Filmin çəkilişlərinə yanvar ayının sonunda başlanılacaq.

# 527 dəfə oxunub

Müəllifin son yazıları

# # #