Kino xidmətləri rəqəmsallaşacaq

Kino xidmətləri rəqəmsallaşacaq
18 aprel 2024
# 10:30

“İstər özəl sektorun, istər müstəqil kinematoqrafçıların rəyini nəzərə alsaq, kino proseslərində ən böyük problemlərdən biri proseslərin ləng getməsidir və elektronlaşma bu problemi arada qaldırır.”

Kulis.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Kino Agentliyinin şöbə müdürü Murad Şükürlü Real FM-in “Cinema Radio” verilişində səsləndirib.

Rəqəmsallaşmanın kino idarəetməsinə təqtbiqi proseslərin sürətlənməsinə səbəb olması, həmçinin şəffaflığı və operativliyi təmin etməsi gözlənilir. Beləliklə hesabatlılığın qısa müddətdə əldə edilməsini təmin edəcək. Kino proseslərini rəqəmsallaşdıran elektron xidmətlərin tərtibi üzərində ARKA Mədəniyyət nazirliyinin yaradıcı sənayelər və rəqəmsal inkişaf şöbəsi ilə birlikdə çalışır. İlkin mərhələdə beş elektron xidmətin tətbiqi nəzərdə tutulur. Bu xidmətlərdən biri filmlərin reyestri və yayım vəsiqəsinin verilməsi xidmətidir. Hazırda bu xidmət qeyri-elektron formada davam edir. Daha sonra müsabiqələrə müraciət formasın da elektronlaşdırılması planlaşdırılır. Elektron xidmət müsabiqəni keçirən tərəf və şəxslər dəyişikdikdə belə müsabiqənin forması dəyişməməsinə imkan verir. Bu da iştirakçılarda artıq bir institional yaddaşın formalaşmasına xidmət göstərir. Beləliklə onlar elektron xidmət vasitəsiylə artıq necə müraciət edilməsini bilirlər. Şəxsi kabinet forması üzərindən müraciət etdikdə onların bir çox dataları hazır orada qalır.

Hər bir hüquqi şəxs öz şəxsi kabineti üzərindən müsabiqə üçün yenidən özünün hüquqi şəxs olduğu haqda sənədləri təsdiq etməsinə ehtiyac olmadan elektron qaydada sadəcə tələb olunan sənədləri göndərərək müsabiqəyə müraciət edəcək. Növbəti nəzərdə tutulan elektron xidmət istehsalda olan filmlərin onlayn hesabatlarının təqdim edilməsidir. Daha sonra isə arxiv materialların sorğusudur.

Qeyd edək ki, bundan başqa filmlərin festivallara göndərilməsi üçün festival strategiyasına dəstəklə bağlı elektron xidmət də planlaşdırılır.

# 802 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #