Azərbaycan Kinematoqrafçılar İttifaqının (AKİ) yeni sədrinin seçiləcəyi qurultayın vaxtı və məkanı məlum olub.
Bu barədə Kulis.az-a açıqlamasında Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi Əli İsa Cabbarov məlumat verib.
Onun sözlərinə görə, ittifaqa yeni sədr seçilməsi üçün nəzərdə tutulan növbəti qurultay mayın 26-da saat 14:00-da baş tutacaq. Tədbir "Landmark Hotel"in "Rotunda" zalında təşkil olunacaq.
Əli İsa Cabbarov əlavə edib ki, qurultayda iştirak edəcək nümayəndələrin və qonaqların qeydiyyat prosesi tədbirdən bir saat əvvəl, yəni saat 13:00-dan etibarən başlayacaq.
Məlumat üçün qeyd edək ki, sözügedən qurultay mətbuat nümayəndələri üçün tam açıq olacaq və media mənsubları tədbirin gedişatını, eləcə də səsvermə prosesini yaxından izləyə biləcəklər.