Kəramət Böyükçölün yeni romanı çap olundu

Kəramət Böyükçölün yeni romanı çap olundu
29 dekabr 2023
# 13:34

Tanınmış yazıçı Kəramət Böyükçölün "Səs" adlı yeni romanı işıq üzü görüb.

Kulis.az xəbər verir ki, roman müəllifin 2020-ci ildə Milli Məclis seçkilərində namizəd olan vaxt başına gələn tragikomik hadisələrdən bəhs edir.

Yazar bir çox məqamlarda həyat gerçəklərinə tam sadiqdir. Hətta bir çox əsas obrazların adını belə dəyişməyib. Eyni zamanda o, roman boyu mətbuatın müzakirəsinə səbəb olan ailə qalmaqallarından, atası, anası, övladları ilə münasibətlərindən sevdiyi qadınlardan, dostlarından, tanışlarından, qohumlarından, bir sözlə saxtakarlıq adlı girdaba yuvarlanan cəmiyyətimizdən həm ironik üslubda, həm ürək ağrısı ilə, həm də oxunaqlı bir dillə bəhs edib.

Qeyd edək ki, "Səs" romanı ilə seçkilər mövzusu Azərbaycanda ilk dəfə irihəcmli nəsr əsəri kimi işlənib.

# 1989 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #