"Cəmiyyətin gələcəyi kitabla aydınlanmış bir düşüncənin üzərində qurulanda, əlbəttə ki, o ölkənin də gələcəyi parlaq olur".
Bu sözləri Bakı Beynəlxalq Kitab Sərgisində Kulis-ə açıqlaması zamanı yazıçı Kəramət Böyükçöl deyib.
O, həmçinin Azərbaycanda kitab sahəsində dəyişikliyi açıq şəkildə gördüyünü də bildirib:
"Məndə belə bir əminlik hissi var ki, yaxın 2-3 il ərzində Azərbaycanda "kitab oxunmur" sözünü artıq heç kim deməyəcək. Mənim kitabımı oxumurlar sözünü kimsə deyə bilər. Getdikcə kitab cəmiyyətin, insanların kultuna çevriləcək. Azərbaycan cəmiyyətinin bugünkü kultu idman və şoudur. Adamlar bir-birinə yumruq göstərir, hədə ilə danışır. Amma kitab cəmiyyətin kultuna çevriləndə isə insanlar arasında sivil münasibətlər yaranır. Adamlar sözlə danışırlar.
Sərgi başalayandan yaxşı kitab satmışam. Ona görə belə ümidli danışıram. Düzdür, kitab alanlarla bərabər şəkil çəkdirənlər də çox olur. Arada şəkil çəkdirənlər, arada kitab alanlar hesabda irəli keçir"
Kəramət Böyükçöl: "Sərgi başlayandan çoxlu kitab satmışam"
12 noyabr 2023
15:23
1711 dəfə oxunub