Kanadalı, fransızdilli yazıçı və ssenarist Denise Bombardie 82 yaşında vəfat edib.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, yazıçının ölüm səbəbi hələ açıqlanmayıb.
Bombardie 1941-ci il yanvarın 18-də Monrealda anadan olub. 30 ildən çox fransızdilli Radio-Kanada televiziya kanalında çalışıb.
Yazıçı həm də “Dənizlə şirin su arasında”, “Tütmə çağı”, “Gənc üzlər” seriallarının ssenari müəllifidir.