Kanadada Heydər Əliyevə həsr olunmuş konsert keçiriləcək

Kanadada Heydər Əliyevə həsr olunmuş konsert keçiriləcək
16 avqust 2023
# 17:05

Kanadanın Ontario əyalətində yerləşən Niaqara-Fols şəhərindəki “Mount Carmel Spiritual Centre” konsert zalında avqustun 26-da Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinə həsr olunmuş konsert təşkil ediləcək.

Kulis.az xəbər verir ki, bu barədə Kanadada fəaliyyət göstərən Heydər Əliyev Mərkəzinin prezidenti, Azərbaycanın Əməkdar incəsənət xadimi İsmayıl Hacıyev məlumat verib.

Qeyd edək ki, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə keçiriləcək konsertdə Bakıdan istedadlı musiqiçi Elnur Mikayılov da iştirak edəcək.

# 601 dəfə oxunub

Müəllifin son yazıları

# # #