Kanada universitetində Azərbaycan mədəniyyəti təbliğ olunub

Kanada universitetində Azərbaycan mədəniyyəti təbliğ olunub
31 yanvar 2024
# 10:12

Kanadanın paytaxtı Ottavada yerləşən Karlton Universitetində Azərbaycanın mədəni irs nümunələrinin əks olunduğu simvolik divarlar təqdim edilib.

Kulis.az xəbər verir ki, Kanada Azərbaycanlı Tələbələr Assosiasiyasının təşkilatçılığı ilə hazırlanmış “Azərbaycan divarı”nda Dövlət bayrağımız, Bakı, Şuşa və Naxçıvanın tarixi abidələri ilə yanaşı, xalqımızın qədim və zəngin mədəniyyətini tərənnüm edən rəsmlər də öz əksini tapıb.

“Azərbaycan divarı”nın ərsəyə gəlməsində Nərmin Abbasova, Sevda və Sevil Zeynallılar, Rumeysa Dos, Vüsalə Əhmədova və İrina Kojevnikovanın böyük əməyi olub.

# 573 dəfə oxunub

Müəllifin son yazıları

# # #