"Kalmar oyunu" nun aktyoru cinsi istismarda təqsirli bilinib

"Kalmar oyunu" nun aktyoru cinsi istismarda təqsirli bilinib
16 mart 2024
# 10:20

"Kalmar oyunu" serialının aktyoru O Yeonq-Su Cənubi Koreya məhkəməsi tərəfindən cinsi istismara görə səkkiz aylıq şərti həbs cəzasına məhkum edilib.

Kulis.az xəbər verir ki, 79 yaşlı aktyor 2022-ci ildə bir qadına qarşı iki dəfə cinsi təcavüzdə ittiham olunub.

AFP-nin Suvon Rayon Məhkəməsinin Seonqnam Şöbəsinin verdiyi məlumata görə, hücumlar beş il əvvəl aktyor teatr tamaşası üçün kənddə olarkən baş verib.

Aktyor hökmdən apellyasiya şikayəti verəcəyini və bunun üçün 7 gün vaxtının olduğunu deyib.

# 647 dəfə oxunub

Müəllifin son yazıları

# # #