Kalbenlə əyləncə dolu gecəyə hazır olun

Kalbenlə əyləncə dolu gecəyə hazır olun
12 oktyabr 2023
# 14:18

Mahnıları qəlbləri fəth edən türkiyəli müğənni Kalben Sağdıç 13 oktyabrda Bakıya gələcək.

Kulis.az xəbər verir ki, PiEvents təşkilatçılığı, SeFa Medianın media dəstəyi ilə baş tutacaq gecəyə Park Bulvarda yerləşən Hayal Kahvesi ev sahibliyi edəcək.

Biletləri şəhərin kassalarından və aşağıdakı linkdən onlayn şəkildə əldə edə bilərsiniz.

Biletlər üçün: https://dijital.link/kalben-konserti-haqqinda

Qeyd edək ki, 2016-ci ildə “Muzikonair” tərəfindən “İlin ən yaxşı çıxış edən qadın ifaçısı” mükafatına layiq görülən, “Lulunun Macəraları” adlı kitabın və bir çox mahnının müəllifi olan Kalben 17 yanvar 1986-cı ildə Hatayın İskenderun əyalətində dünyaya gəlib.

O, “Türkiyə Mükafatları” tərəfindən 2017-ci ildə “Ən yaxşı çıxış edən sənətçi” mükafatına layiq görülüb.

# 955 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #