Jurnalist Sevda Həsənova palataya köçürülüb, vəziyyəti stabildir

Jurnalist Sevda Həsənova palataya köçürülüb, vəziyyəti stabildir
9 fevral 2026
# 12:18

1970-ci il təvəllüdlü Sevda Həsənova Respublika Neyrocərrahiyyə Xəstəxanasının Reanimasiya şöbəsindən Baş-beyin şöbəsinə köçürülüb.

Kulis.az bildirir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Respublika Neyrocərrahiyyə Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, hazırda müalicəsi palata şəraitində davam etdirilir, vəziyyəti stabil qiymətləndirilir.

Qeyd edək ki, fevralın 6-ı jurnalist Sevda Həsənovanın üzərində sağtərəfli akustik nevrinomanın xaric edilməsi əməliyyatı icra edilib.

# 102 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər