Bir neçə gün əvvəl itkin düşən aktrisa Oktyabrın 21-də Moskvada itkin düşən Rusiyanın Əməkdar artisti Svetlana Svetliçnaya tapılıb.
APA-nın mk.ruya istinadən verdiyi xəbərə görə, bu barədə hüquq-mühafizə orqanlarından bildirilib.
S.Vetliçnaya Qorki adına kinostudiyanın ərazisində tapılıb. O, oktyabrın 22-də teleşoulardan birində iştirak etmək üçün kinostudiyaya gəlibmiş.
- Xalq artisti vəfat etdi
- Dövlət sifarişi ilə daha bir film çəkildi
- “Zəfər dastanı: Çanaqqaladan Qarabağa” adlı qala-konsert təşkil olunacaq
Daha əvvəl aktrisanın yaxınları demansiyadan əziyyət çəkən aktrisanın itkin düşdüyü barədə polisə məlumat vermişdi.
Baş verənlərin şou olmaq ehtimalı da istisna edilmir.
Qeyd edək ki, aktrisanın ən yaddaqalan obrazı "Brilyant əl" filmindəki cazibədar Anna Sergeyevna roludur.