İtalyan arxeoloqlar 16-cı dəfə Türkiyədə

İtalyan arxeoloqlar  16-cı dəfə Türkiyədə
22 sentyabr 2025
# 12:15

2025-ci il 4 oktyabr tarixində başlanacaq simpozium Türkiyədə fəaliyyət göstərən İtalyan arxeoloqlarını 16-cı dəfə görüşdürəcək.

Kulis.az xəbər verir ki, görüşdə Arslantəpə, Kültəpə və Hattuşa kimi önəmli arxeoloji qazıntı sahələrindən əldə olunan son tapıntılar iştirakçılarla paylaşılacaq.

Bu təqdimatlar sayəsində həm alimlər, həm də ictimaiyyət qədim dövrlərə dair yeni məlumatlarla tanış olacaq.

Qeyd edək ki, simpoziumun akademik sessiyaları 2025-ci il 4 oktyabr, şənbə günü hər kəsin iştirakına açıq və pulsuz olaraq ANAMED mərkəzində keçiriləcək.

# 91 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər