İtaliyalı yazıçı Bakıdan paylaşım etdi

İtaliyalı yazıçı Bakıdan paylaşım etdi
11 iyun 2022
# 15:35

“Formula-1” üzrə Azərbaycan Qran-prisini izləmək üçün İtaliyanın məşhur blogeri, yazıçı Andrea Dal Corso da Bakıya gəlib.

APA xəbər verir ki, o, 803 minlik “İnstagram” səhifəsində Bakıdan paylaşım edib.

Məşhur bloger Bakının tarixi və turistlik məkanlarında olub. Profilinin hekayə bölməsində maraqlı və diqqətçəkən paylaşımlar edib.

Qeyd edək ki, yarış iyunun 12-də yekunlaşacaq.

# 2047 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #