İstanbulda Qara Qarayevin Birinci simfoniyasının premyerası keçirildi

İstanbulda Qara Qarayevin Birinci simfoniyasının premyerası keçirildi
10 may 2022
# 19:00

İstanbulun böyük konsert salonlarından olan Cemal Reşit Rey konsert zalında Əməkdar artist, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş dirijoru Əyyub Quliyevin rəhbərliyi altında dahi Azərbaycan bəstəkarı Qara Qarayevin 1943-cü ildə yazdığı və İkinci Dünya müharibəsinin qəhrəmanlarının xatirəsinə həsr olunan Birinci simfoniyanın Türkiyədə premyerası keçirilib.

Kulis.az xəbər verir ki, Cemal Reşit Rey konsert salonunun simfonik orkestrinin ifasında təqdim olunan əsər dinləyicilər tərəfindən çox böyük maraqla qarşılanıb. Simfoniyanın ifasından sonra dirijor Əyyub Quliyev Qara Qarayevin “Yeddi gözəl” baletindən nümunələri proqramdan əlavə olaraq dinləyicilərə təqdim edib. Konsertin ikinci bölümündə dirijor Əyyub Quliyev dünya şöhrətli ispan gitara ifaçısı Marko Soçiasla bərabər Xoakin Rodriqonun gitara və orkestr üçün musiqilərini dinləyicilərə təqdim edib.

Proqramın sonunda simfonik janrın ən mürəkkəb nümunələrindən olan Klod Debüssinin “Dəniz” lövhələri ifa olunaraq türkiyəli dinləyicilər tərəfindən alqışlarla qarşılanıb.

Qeyd edək ki, konsertdən öncə keçirilən mətbuat konfransında tanınmış dirijor və bəstəkar Murat Cem Orhan, məşhur türkiyəli musiqişünas Nasir Antep, eləcə də dirijor Əyyub Quliyev Qara Qarayevin yaradıcılığı və onun Birinci simfoniyasının yaranma tarixi barədə dinləyicilərə məlumat veriblər.

# 1163 dəfə oxunub

Müəllifin son yazıları

# # #