İstanbul Büyükada Ədəbiyyat Muzeyi Kitabxanası açıldı

İstanbul Büyükada Ədəbiyyat Muzeyi Kitabxanası açıldı
3 may 2023
# 14:20

Böyükadada yerləşən tarixi Hakopoulos malikanəsi bərpadan sonra İstanbul Büyükada Ədəbiyyat Muzeyi Kitabxanası olaraq kitabsevərlərlə görüşüb.

Kulis.az Türkiyə mediasına istinadən xəbər verir ki, muzeydə Reşat Nuri Güntekin, Melih Cevdet Anday, Zeyyat Selimoğlu, Sait Faiq Abasıyanık kimi görkəmli şəxslərin həyatlarından, əsərlərindən hissələr yer alıb.

Kitabxananın açılışında mədəniyyət və turizm nazirinin müavini Özgül Özkan Yavuz, İstanbul Millət vəkili Belma Satır, Adalar Baş məmuru Mustafa Ayhan və sənətsevərlər iştirak edib.

Açılışda çıxış edən Yavuz, Adaların bir çox sənətkarın əsərləri üçün ilham mənbəyi olduğunu qeyd edib: "Cümhuriyyətimizin 100-cü ildönümündə 100 yeni kitabxana açmaq məqsədimizə çatmaqdan qürur duyuruq. Bu kitabxanalarla şair və yazıçılarımızın xatirəsini yaşatmağı hədəfləyirik. Adalarda yaşamış və ya əsərlərinə adaları daxil edən 92 müəllifin əsərləri, onların həyat və yaradıcılığına dair araşdırmalar, muzey kitabxanaçılığına yararlı kitablar və əlyazmalar topluya daxil edilib.Oxu zallarından əlavə, kitabxanamızda ədəbi söhbətlər və bədii tədbirlər üçün yararlı zallar, müəlliflər üçün xüsusi otaqlar və sərgi meydançaları da var”.

İstanbul Büyükada Ədəbiyyat Muzeyi Kitabxanası açıldı - 1

İstanbul Büyükada Ədəbiyyat Muzeyi Kitabxanası açıldı - 2


# 937 dəfə oxunub

Müəllifin son yazıları

# # #