"İstanbul Beynəlxalq İdman Filmləri Festivalı” başlayır

"İstanbul Beynəlxalq İdman Filmləri Festivalı” başlayır
14 aprel 2025
# 13:00

"İstanbul Beynəlxalq İdman Filmləri Festivalı" 7-10 may tarixlərində keçiriləcək.

Kulis.az xəbər verir ki, Gökçe Kaan Demirkıranın rəhbərlik etdiyi festivalın məqsədi Türkiyədə idman mövzulu filmlərin istehsalını artırmaq və bu sahədə çalışan aktyor, prodüser və rejissorları bir araya gətirməkdir.

Festival çərçivəsində 21 ölkədən 60 film kinosevərlərə təqdim olunacaq.

Nümayişlər Beyoğludakı "Atlas 1948" kinoteatrında və Atatürk Mədəniyyət Mərkəzi (AKM) "Yeşilçam" kinoteatrında keçiriləcək.

"Samiya", "Dar ərazidə qısa ötürmələr" və "Qol kralı" filmlərinə hər axşam "Atlas 1948" kinoteatrında xüsusi nümayişlərdə baxmaq olar.

Qeyd edək ki, festivalın bağlanış mərasimindən sonra "Tacsız Kral" filmi nümayiş olunacaq.

# 163 dəfə oxunub

Müəllifin son yazıları

# # #