İsraildə yaşayan azərbaycanlı yazıçı: "Bu konfliktdə günahkar..."

Çingiz Hüseynov

Çingiz Hüseynov

11 oktyabr 2023
# 10:30

"Bu savaşda günahkar İsrail deyil..."

Uzun müddətdir İsraildə yaşayan 94 yaşlı görkəmli yazıçımız Çingiz Hüseynov Həmas-İsrail savaşı, savaşın onun şəxsinə, ailəsinə maddi-mənəvi zərəri ilə bağlı "Kulis"in sualını cavablandırıb.

O qeyd edib ki, bu savaşın haqlı tərəfi İsraildir:

"Bu savaşın günahkarı İsrail deyil, ancaq bu savaşın haqlı tərəfi İsraildir. Mənimlə, ailəmlə maraqlandığınız üçün, narahat olduğunuz üçün minnətdaram!"

Çingiz Hüseynov "Fətəli fəthi", "Ailə gizlinləri", "Tamaşalı oyunları", "Doktor N", "Məhəmməd" kimi məşhur romanların müəllifidir.

Xatırladaq ki, oktyabrın 7-də səhər saatlarında İsrail ərazisi Qəzza zolağından raket atəşinə tutulub. İsrail ordusu "müharibə hazırlığı vəziyyəti" elan edib və "Dəmir Qılınclar" əməliyyatına başladığını bildirib.

"Həmas"ın hücumu nəticəsində ölən İsrail vətəndaşlarının sayı 1200 nəfərə çatıb. Qəzzada isə 190 min insan köçkün düşüb.

# 3029 dəfə oxunub

Müəllifin son yazıları

# # #