İspaniyadan “Avroviziya”ya boykot – Səbəb

İspaniyadan “Avroviziya”ya boykot – Səbəb
22 sentyabr 2026
# 17:30

İspaniyanın ictimai yayımçısı "RTVE"nin rəhbəri Xose Pablo Lopes Qəzzadakı humanitar böhran fonunda İsrailin yarışmada iştirakına etiraz olaraq ölkəsinin "Avroviziya”nı boykot etmək qərarını dəstəklədiyini deyib.

Kulis.az xəbər verir ki, Lopes Oktyabr ayında keçiriləcək idarə heyəti iclasında boykotun davam etdirilməsini təklif edəcəyini qeyd edib.

Avropa Yayımları Birliyinə ən çox maliyyə ayıran "Böyük beşlik" ölkələrindən biri olan İspaniyanın bu addımı yarışma üçün ciddi zərbə hesab olunur.

Xatırladaq ki, İspaniya, Niderland, İrlandiya, İslandiya və Sloveniya ilə birlikdə 2026-cı ildə Avstriyada keçirilən yarışmadan imtina etmişdi.

Qeyd edək ki, Niderland və İrlandiya isə artıq 2027-ci ildə də müsabiqədə iştirak etməyəcəklərini rəsmən bəyan ediblər.

# 91 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər