İş qrafikinə görə "Qladiator"dakı rolunu itirdi

İş qrafikinə görə "Qladiator"dakı rolunu itirdi
19 may 2023
# 18:00

İrlandiyalı aktyor, Barri Keoqan sıx iş qrafiki səbəbindən Ridli Skottun blokbaster “Qladiator” filminin davamında İmperator Septimius Geta rolunu itirib.

Kulis.az xəbər verir ki, bu barədə "Deadline" məlumat yayıb.

Hazırda davam filminin yaradıcıları Keoqanı aktyor Fred Hechingerlə əvəzləmək üçün danışıqlar aparırlar. Filmdə baş qəhrəmanı Pol Meskal canlandıracaq.

"Qladiator 2"nin süjeti orijinal hissənin finalından 25 il sonra cərəyan edəcək hadisələrdən bəhs edəcək. Premyera 2024-cü ilin noyabrına planlaşdırılıb.

# 1076 dəfə oxunub

Müəllifin son yazıları

# # #