Mədəniyyət Nazirliyi çoxsaylı müraciətləri nəzərə alaraq rəqabətliliyin artırılması məqsədilə “İrsimizi tanıyaq, tanıdaq” adlı sosial videoçarx müsabiqəsinin son müraciət tarixini uzadır.
Kulis.az xəbər verir ki, Nazirlikdən müsabiqə videoçarxların qəbulu və təqdim edilmiş materialların seçimi olmaqla iki mərhələdən ibarət olduğu bildirilib. Müsabiqə qaliblərinin adları 2023-cü il oktyabr ayının 31-də elan olunacaq.
Müsabiqəyə qatılmaq istəyən şəxslər hazırladıqları videoçarxı 2023-cü il oktyabrın 10-dək onlayn şəkildə təqdim edə bilərlər.
Yekunda ən çox bal toplamış ilk üç namizəd nazirlik tərəfindən mükafatlandırılacaq. Mükafatlandırmada birinci yerin qalibinə 6 000 AZN, ikinci yerin qalibinə 3000, üçüncü yerin qalibinə 1000 manat mükafat təqdim olunacaq.