“İRS-Erbe” jurnalının yeni nömrəsi dərc olundu

“İRS-Erbe” jurnalının yeni nömrəsi dərc olundu
10 iyun 2025
# 17:05

“İRS” jurnalının alman dilində yeni nömrəsi işıq üzü görüb.

Kulis.az xəbər verir ki, jurnalının yeni buraxılışı Azərbaycanda baş verən aktual hadisələrdən bəhs edir.

Budəfəki buraxılışın mərkəzi mövzusu ötən ilin noyabr ayında Bakıda müvəffəqiyyətlə keçirilmiş COP-29 ekoloji konfransıdır.

Digər məqalələrdə isə Bakının Müasir İncəsənət Muzeyi və Azərbaycanın sevilən meyvələrindən olan xurma haqqında məlumat verilir..

Qeyd edək ki, alman publisisti və fotoqrafı Heike Maria Johenning Bakı arxitekturası haqqında (son iki yüz ilə aid) “İRS” jurnalı üçün ayrıca məqalə də hazırlayıb.

# 112 dəfə oxunub

Müəllifin son yazıları

# # #