İranlı rejissor İsraildə keçirilən film festivalına etiraz edib

İranlı rejissor İsraildə keçirilən film festivalına etiraz edib
25 noyabr 2025
# 17:59

İranlı rejissor Məhəmməd Rəsulof "Müqəddəs əncir toxumu" filminin İsraildə keçirilən film festivalında nümayişinə etiraz edib.

Kulis.az xəbər verir ki, bu barədə rejissor özünün İnstaqram səhifəsində paylaşım edib.

O, filmin İran xalqını bomba və raketlərlə hədəf aldığı bir yerdə nümayiş olunmasından dərin qəzəbləndiyini deyib:

"Çəkdiyim filmdə İrandakı zülm və qəddarlığın təməllərinə qarşı nifrət və ikrahımı ifadə etməyə çalışmışam. Ümid edirəm ki, siz də yaşadığınız torpağın - əlləri bir çox insanın qanı ilə ləkələnmiş hökmdarlarını - festivalınızda ifşa etməyə cəsarət edəcəksiniz”.

Qeyd edək ki, İranla bağlı iki günlük Novruz film festivalı İsrailin Sderot şəhərində keçirilir.

Rəsulof "Müqəddəs əncir toxumları" filmini çəkdikdən sonra səkkiz illik həbs cəzasının aldığına görə gizlicə İranı tərk edib və hazırda Almaniyada yaşayır.

Film Kann Film Festivalında Xüsusi Münsiflər Mükafatını qazanıb. Almaniyadan Oskar və Qızıl Qlobus mükafatlarında "Ən Yaxşı Beynəlxalq Film" nominasiyalarında namizəd göstərilsə də heç bir mükafat qazanmayıb.

# 885 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər