İranlı rejissor intihar etdi

İranlı rejissor intihar etdi
6 aprel 2023
# 15:40

İranlı kinorejissor, ssenarist və prodüser Kyumars Purəhməd 74 yaşında intihar edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, "İRNA" agentliyi məlumat yayıb.

“Hadisə yerindən apardığımız ilkin araşdırmalar əsasında belə nəticəyə gəldik ki, rejissor intihar edib. Hazırda meyit ölümün səbəblərinin müəyyən edilməsi üçün həkim-ekspertə təhvil verilir, daha sonra ətraflı məlumat veriləcək”", - deyə Gilan prokurorluğunun məlumatında qeyd olunub.

Purəhməd 1949-cu ildə İsfahanın Nəcəfabad şəhərində anadan olub. O, “Gecə avtobusu” (2007), “İkiqat lotereya” (1996) və “Ayaqqabılarım haradadır?” filmləri ilə tanınıb.

“Açıq fayl” rejissorun son filmi olub və 41-ci Fəcr Film Festivalında təqdim olunub.

Кинорежиссер Кюмарс Пурахмад покончил с собой

# 1540 dəfə oxunub

Müəllifin son yazıları

# # #