İranlı müğənniyə həbs cəzası verildi

İranlı müğənniyə həbs cəzası verildi
1 mart 2024
# 18:55

İranlı müğənni Şervin Hacıpur 3 il müddətinə azadlıqdan məhrum edilib.

Kulis.az xəbər verir ki, o, "ölkənin qadınlar üçün sərt geyim qaydalarını pozması" və “rejim əleyhinə təbliğat" iddiaları ilə həbs olunub.

Müğənni bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

Bir ay əvvəl ABŞ-ın birinci xanımı Cil Bayden Hacıpuru "Qremmi" mükafatı ilə təltif edib və "Baraye" mahnısını “azadlığa və qadın hüquqlarına güclü və poetik çağırış” adlandırıb.

Qeyd edək ki, 26 yaşlı Hacıpur Məhsa Əmininin öldürülməsi ilə bağlı yazdığı "Baraye" marşı ilə məşhurlaşıb.

# 690 dəfə oxunub

Müəllifin son yazıları

# # #