İranda məşhur kinorejissorun fəaliyyəti qadağan edildi

Mənijə Hikmət

Mənijə Hikmət

28 fevral 2023
# 10:30

İran məhkəməsi tanınmış kino rejissoru və prodüsseri Mənijə Hikmətin fəaliyyətinə, onun başqa qurumlarda işə götürülməsinə və ölkədən çıxışına qadağa qoyub.

Kulis.az xəbər verir ki, bu barədə İran İnsan Haqları Təşkilatı məlumat yayıb.

Onun etiraz aksiyalarında həbs edilənlərin hüquqlarını müdafiə etdiyi üçün cəzalandırıldığı bildirilir.

Qeyd edək ki, Mənijə Hikmət bundan öncə bir neçə dəfə təhlükəsizlik əməkdaşları tərəfindən dindirilib və təzyiqlərə məruz qalıb.

# 1057 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #