İran əsilli qadın Almaniya gözəli seçildi

İran əsilli qadın Almaniya gözəli seçildi
26 fevral 2024
# 16:00

Berlində yaşayan İran əsilli 39 yaşlı memar Apame Şönauer fevralın 24-də Baden-Vürtemberq federal əyalətinin Rust şəhərində keçirilən “Miss Germany” müsabiqəsinin qalibi olub.

Kulis.az xəbər verir ki, altı yaşından Almaniyada yaşayan Şönauer İrandakı vəziyyətə diqqət yetirərək qadın hüquqları uğrunda mübarizəyə sadiqliyini dəfələrlə vurğulayıb.

Müsabiqənin qalibi pul hissəsi 25 000 avro olan Qadın Lider Mükafatını alacaq.

Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün 15 min qadın müraciət edib. Finalda Şönauer səkkiz rəqibinə qalib gəlməyi bacarıb

# 1060 dəfə oxunub

Müəllifin son yazıları

# # #