İradə İbrahimova: "Bəzən hər şey puldur”

İradə İbrahimova:  "Bəzən hər şey puldur”
30 mart 2025
# 16:09

Müğənni İradə İbrahimova “Qonaqcanlı” verilişində ona ünvanlanan qısa sualları cavablandırıb.

Kulis.az xəbər verir ki, anasından danışan sənətçi “Anam həmişə deyir ki, ağır ol. Qəlblər bir olursa, məsafələrin önəmi yoxdur” sözlərini deyib.

“Bəzən hər şey puldur” deyən İradə sevgidən danışıb:

“Sevməklə sevilmək arasındakı fərq böyükdür. Sevməyə daha çox üstünlük verirəm. Ən şirin duyğu da sevgidir. Onunla qurduğum xəyallar artıq həyata keçib”.

Qeyd edək ki, Ceyhun İzer adlı türk vətəndaşı ilə ailəli olan İ.İbrahimovanın iki övladı var. Axşam.az

# 304 dəfə oxunub

Müəllifin son yazıları

# # #