İqlim fəalları Van Qoqun əsərini hədəf alıblar

İqlim fəalları Van Qoqun əsərini  hədəf alıblar
5 noyabr 2022
# 18:50

İqlim fəalları bu dəfə Van Qoqun əsərini hədəfə alıblar.

Kulis.az xəbər verir ki, bu dəfə Hollandiyalı rəssam Van Qoqun paytaxt Romada sərgilənən “Əkinçi” tablosunu iqlim fəallarının hədəfinə tut gəlib.

İtaliyanın ANSA agentliyində yer alan xəbərə görə, özlərini "Son Nəsil" adlandıran bir qrup fəal, Bonapart sarayında Van Qoqun rəsmlərinin sərgiləndiyi hissədə "Əkinçi" kimi tanınan məşhur rəsminə tərəvəz püresi atıblar. Fəallar kömürdən istifadəyə və iqlim dəyişikliyinə qarşı şüarlar səsləndiriblər.Təhlükəsizlik qüvvələrinin dərhal müdaxiləsi ilə fəallar sərgi ərazisindən uzaqlaşdırılılıb.

Qeyd edək ki, son vaxtlar dünyanın bir çox yerlərində iqlim fəallarının görkəmli sənət əsərlərinə etirazları artıb. Onlar bu yaxınlarda İngiltərədə Van Qoqun "Günəbaxanlar" tablosuna pomidor şorbası, Hollandiyada isə Johannes Vermeerin "Mirvari Sırğalı Qız" tablosuna pomidor sousu atıblar.

# 1299 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #