Lənkəran Dövlət Dram Teatrına yeni direktor müavini təyin olunub.
Kulis.az xəbər verir ki, azərbaycanlı rejissor, ssenarist, prodüser, “MemuarFilms” prodakşının həmdirektoru, Sinema məktəbinin rəhbəri İntiqam Hacılı Teatrın direktor müavini təyin olunub.
İntiqam Hacılı 24 fevral Biləsuvar rayonunda anadan olub. 1996-2000-ci illərdə ADMİU-nun “Sənətşünaslıq” fakültəsində təhsil alıb. O, “Cənubda şimal küləyi”, “Atam, anam, bir də mən”, “Göllərin arasında” və “Karvan” filmlərinin rejissoru, “Qaranlıqdan reportaj”, “Biləsuvar” filmlərinin prodüseri olub.
Kinoprodüser kimi 2018-ci ildə Marsel Beynəlxalq Film Festivalının, 2021-ci ildə isə “Moskovskaya premyera” Kino Festivalının iştirakçısı olub.