İngiltərə kralı əfsanəvi “Queen” rok qrupunun gitaraçısını təltif etdi

İngiltərə kralı əfsanəvi “Queen” rok qrupunun gitaraçısını təltif etdi
15 mart 2023
# 14:30

İngiltərə kralı III Çarlz dünyaca məşhur “Queen” rok qrupunun keçmiş gitaraçısı Brayan Meyə İngiltərə “Cəngavər” titulu verib.

Kulis.az xəbər verir ki, bu barədə Kraliçanın Twitter hesabında məlumat verilib.

"Bu gün Bukingem sarayında Brayanın Cəngavərlik Mərasimi baş tutdu. Cəngavər rütbəsini ona Əlahəzrət Kral Çarlz təqdim etdi. Ser Brayanı təbrik edirik!", - deyə paylaşımda qeyd olunub.

Musiqi karyerasına 1968-ci ildə yaratdığı “Smile” qrupu ilə başlayan Mey, 1970-ci ildə Roger Taylor və Freddie Mercury ilə birlikdə “Queen” qrupunu yaradıb.

1983-cü ildən “Queen”in aktiv illərində solo fəaliyyət göstərən məşhur gitaraçı 2004-cü ildə Merkurinin ölümündən sonra qrupu Paul Rodgers ilə yenidən birləşdirərək dünya turnesinə çıxıb.

Qeyd edək ki, Brian Mey fevralın 6-da Kahramanmaraşda baş verən 7,7 və 7,6 bal gücündə zəlzələdən sonra Böyük Britaniyada yerləşən Fəlakət Təcili Yardım Komitəsinin (DEC) Türkiyə və Suriya üçün başlatdığı yardım kampaniyasına ianə edib.

Resim

# 619 dəfə oxunub

Müəllifin son yazıları

# # #