İlin sözü internet səsverməsi ilə seçiləcək

İlin sözü internet səsverməsi ilə seçiləcək
23 noyabr 2022
# 16:30

Oksford İngilis dili lüğəti ilk dəfə dünyanıın ən nüfuzlu sözünü onlayn səsvermə yolu ilə seçəcək.

Kulis.az xəbər verir ki, hər il dünyanın ən nüfuzlu sözünü seçən Oksford İngilis dili lüğəti yeni bir çığır açıb. İndependent-in hesabatına görə, Oksford bu dəfə onlayn səsvermə ilə ilin sözünü seçmək qərarına gəlib.

İngilis dilini canlı tutmağı hədəfləyən bu proqram tarixdə ilk dəfə olaraq bütün dünya tərəfindən həyata keçiriləcək.

Səslər 2 dekabr 2022-ci il tarixinədək rəsmi internet saytında verilə bilər. İndiyədək təxminən 45 min insanın səs verdiyi sorğunun nəticələri 5 dekabr 2022-ci ildə açıqlanacaq.


# 968 dəfə oxunub

Müəllifin son yazıları

# # #