“İlin ən yaxşı əsəri” adlı müsabiqə elan edildi

“İlin ən yaxşı əsəri”  adlı müsabiqə elan edildi
23 noyabr 2021
# 17:45

Azərbaycan Rəssamlar İttifaqı “İlin ən yaxşı əsəri” adlı sərgi-müsabiqə elan edib.

Kulis.az xəbər verir ki, sərgi-müsabiqədə yalnız ittifaqının üzvləri iştirak edə bilər. Müsabiqəyə dörd nominasiya – rəngkarlıq, qrafika, dekorativ-tətbiqi sənət, heykəltəraşlıq işləri qəbul olunacaq və bu nominasiyalar üzrə qalib əsərlər mükafatlandırılacaq. Hər müəllif müsabiqəyə yalnız 1 (bir) əsər təqdim edə bilər. Qəbul edilmiş əsərlər münsiflər heyəti tərəfindən qiymətləndiriləcəkdir.

Əsərlərin qəbulu və qeydiyyatı dekabrın 20-dən 25-dək aparılacaq.

Sərgi-müsabiqənin açılışı və qaliblərin mükafatlandırılması dekabrın 29-da Azərbaycan Rəssamlar İttifaqı V.Səmədova adına sərgi salonunda keçiriləcək.

# 1507 dəfə oxunub

Müəllifin son yazıları

# # #