III "Korkut Ata" Türk Dünyası Film Festivalının mükafatlandırma və bağlanış mərasimi keçirilib.
Kulis.az APA-ya istinadən xəbər verir ki, Heydər Əliyev Mərkəzində təşkil olunan mükafatlandırma mərasimini TÜRKSOY-un baş katibi Sultan Raev açıb.
O, festivalın uğurlu təşkilinə görə minnətdarlıq edib.
Sonra mükafatlandırma hissəsi başlayıb.
Əvvəlcə festivalın fəxri mükafatları təqdim edilib.
Daha sonra əsas nominasiyalar üzrə qaliblərin adları açıqlanıb.
Ən yaxşı aktyor nominasiyası üzrə - “Qızıl alma” filmindəki roluna görə Ahmet Amandurdiyev (Türkmənistan);
Ən yaxşı aktrisa nominasiyası üzrə - “Məryəm” filmindəki roluna görə, Təhminə Rafaella (Azərbaycan);
Ən yaxşı ssenari nominasiyası üzrə - “Abdulla Oripov” (Özbəkistan)
Ən yaxşı rejissor nominasiyası üzrə - rejissoru Zhuraeva Asel Talibzhanova olan "Tanrıverdi" filmi (Qırğızıstan);
Ən yaxşı bədii film nominasıyası üzrə – Ahmet Sönmezin "Yıldız tozu" filmi (Türkiyə);
Sənədli filmlər üzrə isə 3 qalib müəyyənləşib.
"Mənim dairəm" (Özbəkistan)
"Arqau" (Qazaxıstan)
"Sonuncu" (Azərbaycan)
Mükafatlandırmanın ardından tədbir bədii hissə ilə davam edib.
III "Korkut Ata" Türk Dünyası Film Festivalının qalibləri mükafatlandırıldı
11 oktyabr 2023
22:15
1228 dəfə oxunub