III Çarlzın tacqoyma mərasimində onlar çıxış edəcəklər

III Çarlzın tacqoyma mərasimində onlar çıxış edəcəklər
17 aprel 2023
# 14:20

Amerikalı müğənnilər Keti Perri və Lionel Riçi , eləcə də italyan müğənni Andrea Boçelli Britaniya monarxı III Çarlzın tacqoyma mərasimi şərəfinə keçiriləcək konsertdə çıxış etməyə razılaşıblar.

Kulis.az xəbər verir ki, bu barədə “Page Six” məlumat yayıb.

Tədbir mayın 7-də bazar günü, 74 yaşlı monarx və həyat yoldaşı Kamillanın tac taxmasından bir gün sonra baş tutacaq.

Sənətçilərin siyahıda ən parlaq ulduzlar sırasında yer aldığı bildirilir.

Perri 2020-ci ildən "British Asian Trust"ın səfiridir. Qeyri-kommersiya təşkilatı Cənubi Asiyada yoxsulluqla mübarizə aparmaq üçün III Karl tərəfindən təsis edilib.

Qeyd edək ki, III Çarlz anası II Elizabetin ölümündən sonra Böyük Britaniya kralı olub.

# 567 dəfə oxunub

Müəllifin son yazıları

# # #