II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının yeri və vaxtı müəyyən oldu

II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalının yeri və vaxtı müəyyən oldu
3 iyun 2022
# 17:40

II Türk Dünyası Ədəbiyyat və Kİtab Festivalı 2023-cü ildə Türkiyədə - Ankara şəhərində keçiriləcək.

Bu barədə Kulis.az-a festivalın təşkilatçısı şair Xəyal Rza məlumat verib.

O bildirib ki, Türkiyə kitabxanalarında azərbaycanlı müəlliflərin kitabları yox dərəcəsindədir.

“Türkiyədən Azərbaycan kitabxanalarına 15 min, Qarabağ üçün 10 min kitab (25 min ədəd, 7 min adda) hədiyyə etmişik. İndi isə 10.000 ədəd kitab Türkiyə kitabxanalarına hədiyyə ediləcək. Kitablar bu ilin sentyabr ayından növbəti ilin mart ayının sonun qədər qəbul ediləcək. May ayının 3-ü - Türkçülük Günü kitablar yola çıxacaq” deyə, o açıqlamasında bildirib.

Qeyd edək ki, II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında kitabların təqdimetmə mərasimi keçiriləcək.

# 1942 dəfə oxunub

Müəllifin son yazıları

# # #