İƏT Mədəniyyət Festivalının təşkili müzakirə edildi

İƏT Mədəniyyət Festivalının  təşkili müzakirə edildi
14 sentyabr 2023
# 15:36

İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Baş katibinin humanitar, mədəni, ailə və sosial məsələlər üzrə köməkçisi, səfir Tariq Əli Baxet mədəniyyət nazirinin müavini xanım Səadət Yusifovanın rəhbərlik etdiyi nümayəndə heyətini ofisində qəbul edib.

Kulis.az xəbər verir ki, təşkilatın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı İƏT ilə Azərbaycan arasında mədəniyyət sahəsində əlaqələrin səviyyəsini yüksək qiymətləndirdiklərini bildirilib.

İƏT baş katibliyi ilə Azərbaycan arasında əməkdaşlığın təşviqi və genişləndirilməsi yolları və vasitələri barədə fikir mübadiləsi aparıblar.

Tərəflər Azərbaycanda müxtəlif mədəni proqramların və tədbirlərin, o cümlədən növbəti İƏT Mədəniyyət Festivalının təşkili yollarını müzakirə ediblər.

İclasda həmçinin İƏT-in üzv dövlətlərlə mədəni əməkdaşlığa verdiyi böyük önəm müzakirə edilib və qarşılıqlı maraq doğuran digər məsələlərə toxunulub.

# 1057 dəfə oxunub

Müəllifin son yazıları

# # #