İçərişəhərdə tarixi binada bərpa işləri aparıldı

İçərişəhərdə tarixi binada bərpa işləri aparıldı
17 noyabr 2023
# 11:20

2023-cü ildə ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidəsi olan Ə. Əliyev küçəsi 1 ünvanında yerləşən binanın fasadının karniz hissələrində bərpa işləri aparılıb.

Kulis.az xəbər verir ki, bu barədə APA-ya “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən bildirilib.

Qeyd edilbi ki, tarixi binanın karniz hissəsində atmosfer təsirləri nəticəsində piyadalar üçün təhlükə yarada biləcək xırda daş parçalarının, karnizin və kronşteynlərin tökülmə təhlükəsinin qarşısını almaq üçün bərpa işlərinin aparılması üçün zərurət yaranıbmış.

"Bərpa nəticəsində təhlükəli daşlar təmizlənərək bərkidilmiş, kronşteynlərdə olan nəbati naxışlar xüsusi əhəng məhlulları ilə bərpa edilmiş, daşları bərkidilmiş, metal hissələr qoruyucu qatlarla örtülüb. Nəticədə tarixi bina ilkin vəziyyətə qaytarılıb", - məlumatda vurğulanır.

# 776 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #