I Türk Dünyası Mədəniyyət Forumunun iştirakçıları Şuşada

I Türk Dünyası Mədəniyyət Forumunun iştirakçıları Şuşada
13 oktyabr 2023
# 14:45

I Türk Dünyası Mədəniyyət Forumunun iştirakçıları Şuşada Saatlı məscidini ziyarət ediblər.

Kulis.az xəbər verir ki, qonaqlara Saatlı məscidinin tarixi barədə məlumat verilib.

Bildirilib ki, şəhərin Saatlı məhəlləsində yerləşən eyniadlı tarixi məscid ölkə əhəmiyyətli memarlıq abidəsi kimi siyahıya daxil edilib. Saatlı məscidi Qarabağda bir neçə monumental dini və mülki tikilinin, o cümlədən Şuşada Aşağı və Yuxarı Gövhər Ağa məscidləri, Ağdamda Cümə məscidi və Bərdə imamzadə türbəsinin memarı olan Kərbəlayi Səfixan Qarabağinin layihəsi əsasında 1883-cü ildə inşa olunub.

Qeyd edək ki, Prezident İlham Əliyev 2021-ci il yanvarın 14-də Şuşaya səfəri zamanı Saatlı məscidini də ziyarət edib. Dövlət başçısı məscidə Məkkədən gətirilmiş “Qurani-Şərif” hədiyyə edib.

AZƏRTAC

# 1109 dəfə oxunub

Müəllifin son yazıları

# # #