"Hörümçək adam"ın son filmi bu ölkələrə buraxılmayacaq

"Hörümçək adam"ın son filmi bu ölkələrə buraxılmayacaq
15 iyun 2023
# 10:20

BƏƏ Media Şurası daha əvvəl bəyanat yayaraq agentliyin "Əmirliyin dəyərlərinə və prinsiplərinə zidd olan məzmunun yayılmasına və ya nəşrinə icazə verməyəcəyini" bildirib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Sony Pictures Animation və Columbia Pictures tərəfindən Marvel Entertainment ilə birgə istehsal olunan "Hörümçək adam: Kainatların toru" filmi Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanında yayımlanmayacaq.

“National” qəzetinin məlumatına görə, BƏƏ-də seriyanın yeni hissəsinin premyerası iyunun 22-də baş tutmalı idi, lakin “Vox Cinemas”, “Roxy Cinemas” və “Reel Cinemas” kinoteatr şəbəkələri nümayiş cədvəlini dəyişərək filmi siyahıdan çıxarıblar.

Qeyd edək ki, filmdə baş rolları Şamik Mur, Hayli Steynfeld, Oskar Ayzek Ceyk Conson, İssa Rae, Brayan Tayri Henri canlandırıb.

# 861 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #