#

Hollivud ulduzları Venesiya Film Festivalına qatılmaya bilərlər

Hollivud ulduzları Venesiya Film Festivalına qatılmaya bilərlər
20 iyul 2023
# 17:40

Hollivud kinoaktyorları və filmləri ABŞ Kinematoqrafçılar Gildiyasının təşkil etdiyi tətilə görə 80-ci Venesiya Film Festivalına qatılmaya bilərlər.

Kulis.az xəbər verir ki, bu barədə "kinonews.ru" məlumat yayıb.

Venesiya Film Festivalının rəhbəri Alberto Barbera bildirib ki, əgər Amerika film və ulduzları festivalda iştirak edə bilməsə, biz "B" planını işə salacağıq.

Bəzi mənbələrin məlumatına görə, 80-ci Venesiya Film Festivalı Ümumavropa festivalı olacaq.

Qeyd edək ki, Venesiya Film Festivalı ilə üst-üstə düşən Toronto Beynəlxalq Film Festivalının təşkilatçıları da Amerika filmlərinin məhdud iştirakı ehtimalına hazırlaşır.

Aktyorların tətilinin isə sentyabrdan əvvəl başa çatma ehtimalı azdır.

# 784 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #